Dəniz kimi zəngin, dəniz kimi səxavətli ömür: akademik Ramiz Məmmədov
Dəniz kimi zəngin, dəniz kimi səxavətli ömür: akademik Ramiz Məmmədov
Arif Acaloğlu
Marmara Üniversiteti / Türkiye
Böyük alim, böyük vətəndaş, akademik Ramiz Məmmədovun adı bu gün elmi mühitdə və ictimai həyatda hormətlə çəkilir, sayğı görür. Elm dünyasında okeanologiya, hidrologiya, iqlimşünaslıq, ekologiya və s. kimi önəmli sahələrə aid dərin araşdırmaları məşhurdur. Xüsusilə, Xəzər dənizinin statusu, bu hövzədə ətraf mühit problemləri, dəniz səviyyəsinin dəyişkənliyi haqqında tədqiqatları müstəqil Azərbaycan dövlətinin Xəzər dənizi ilə əlaqədar iqtisadi siyasətini, siyasi-stratəji yanaşmasını müəyyənləşdirmək baxımından böyük önəm daşıyır. Ramiz müəllimin araşdırmaları, sadəcə vətənimizdə deyil bir çox xarici ölkədə də nəşr edilmiş, beynəlxalq elmi əməkdaşlığa dəyərli töhfələr vermişdir.
Akademik Ramiz Məmmədovun məşğul olduğu elm sahələri mənim humanitar elmlərlə bağlı araşdırmalarımla çox da yaxın deyil, hətta uzaq belə görünə bilər. Lakin fiziki coğrafiyanın bəzi sahələri, bundan əlavə ekologiya və su hövzələri bir tərəfdən sivilizasiya tarixi, başqa tərəfdən də etnologiya və mifologiya ilə bir çox yöndən əlaqəli olduğuna görə humanitar elmlərin də maraq dairəsinə girir. Bu baxımdan mənim bu sahələrlə ilgilənməm və ilk maraq mərhələsindən sonra Ramiz müəllimin çalışmalarına diqqət göstərməm, əlbəttə, bir təsadüf deyildi.
Mənim bu sahəyə maraq göstərməm və ilk tanışlığım belə başlamışdı. Folklorşünaslıq (xalqbilim) və kültürəl antroğpologiya ilə ciddi məşğul olmağa başladığım illərdi. Estoniya Tartu Univərsitetinin aspiranturasında dastan mədəniyyəti üzrə semiotika və antropologiyanın qovşağında araşdırma aparırdım. Mövzu bir xeyli mürəkkəb idi; adını çəkdiyim elmlərdən başqa, poetika, xalq mədəniyyəti, etnos nəzəriyyəsi, etnos-təbiət əlaqələri kimi sahələrə aid elmi ədəbiyyata sıx-sıx müraciət etmək ləzım gəlirdi. Bu prosəsdə özəlliklə etnos-təbiət əlaqələri yavaş-yavaş araşdırmalarımın mərkəzinə keçməyə başladı. Bələliklə, coğrafiya sahəsinə təbii bir keçiş etmiş oldum. Elmi ədəbiyyatı çox araşdırdım, başqa bölgələrə dair məqalə və kitab az-çox olsa da Güney Qafqaz və özəlliklə Xəzər hövzəsi ilə ilgili humanitar və təbiət elmələrinin qovşağında aparılan araşdırmalar yox kimiydi. O illərdə bu sahənin nadir və də ən böyük təmsilçisi Lev Qumilyev idi. Elmi rəhbərim Yuri Lotmanın məsləhəti ilə Petərburqa gədip onunla tanış oldum, bu sahədə yardım istədim. Qumilyev Xəzər hövzəsində etnosların coğrafi mühitlə əlaqələrinə çox önəm verirdi. Xüsusilə, tarixi dövr içində Xəzər dənizinin səviyyəsinin artıb-azalması, bunun bölgədəki etnoslar və mədəniyyyətlərə göstərdiyi təsir barədə ətraflı tədqiqatları vardı. İlk görüşdən etbiran aramızda çox yaxın bağ yarandı və mənim elmi məsləhətçim olmağı qəbul etdi. Bələliklə, Xəzər hövzəsinin dünya tarixi və mədəniyyəti üçün önəmi, Xəzər dənizinin səviyyəsinin artıb-azalmasının tarixdə qoyduğu izlər, coğrafiya-mədəniyyət ələqələri kimi mövzular ömürlük elmi maraq dairəmə daxil oldu.
O dövrdə bu sahədə material çox az idi. Bu cür materialların ölkəmizdə ola biləcəyini düşünürdüm, lakin o illərdə əsasən Estoniyada yaşadığım üçün Azərbaycan nəşrlərinə əlim çatmırdı.. Azərbaycana qayıtdıqdan sonra isə bizdə də bu sahəyə aid araşdırmaların təsəvvür etdiyim səviyyədə olmadığını təəssüflə öyərindim. O illərdə bir neçə elm sahəsinin qovşağında aparılan multidisiplinar araşdırmalar çox az idi. Əsasən dar profilli araşdırmalara üstünlük verilirdi.
Nəhayət 90-cı illərdə vəziyyətin dəyişdiyini, müxtəlif aspektli Xəzər araşdırmalarının artdığını müşahidə etdim. Elmimizdə görünən bu müsbət dəyişiklik, önəmli ölçüdə akademik Ramiz Məmmədovun adı ilə bağlıdır. Bunu anlamam çətin olmadı, çünki elmi ədəbiyyatda adı təz-təz qarşıma çıxırdı. 90-cı illərin ortalarından etibarən Türkiyədə yaşasam da əsərlərinin bəzisini əldə etmək mümkün idi. Ramiz müəllim elmi fəaliyyətinə 70-ci illərdə başlasa da böyük bir alim kimi formalaşması və dünya şöhrətinə qovuşması da məhz 90-cı illərə təsadüf edir. Bu baxımdan o, müstəqil Azərbaycanda coğrafiya elminin ən görkəmli nümayəndəsidir.
Ramiz müəllim uzun illər ərzində apardığı çox sayıda araşdırmasını nüfuzlu nəşiriyyatlarda monoqrafiyalar və məqalələr halında çap etdirərək, Azərbaycan və dünya elminə dəyərli töhfələr vermişdir. Eyni zamanda elmi maraq dairəsinə aiid mövzularda elmi-kütləvi məqalələr də hazırlamış və nəşr etdirmişdir. Bir humanitar sahə nümayəndəsi olaraq mənim üçün bu məqalələr çox dəyərlidir. Çünki burada mürəkkəb ixtisas terminologiyasından istifadə edilmədən, dolaşıq elmi mətləblər həm mütəxəssis olmayan humanitarların, həm də geniş oxucu kütləsinin də asanlıqla anlaya biləcəyi şəkildə izah edilirdi. Məlumdur ki, fundamental elmi araşdırmalarla məşğul olan alimlər üçün elmi-kütləvi məqalə yazmaq çox çətindir. Burada predməti yüksək səviyyədə bilməklə bərabər, dil və təsvir ustalığı kimi ədəbi istedad da lazımdır. Ramiz müəllim bu çətin janrda da akademik əsərlərində olduğu qədər ustalıqla yazmış və böyük uğurlar qazanmışdır.
Bir coğrafiyaçı alim olaraq akad. Ramiz Məmmədovun əsərləri müxtəlif elm sahələrinin nailiyyyətlərini və mrtodlarını tətbiq rtməklə Azərbaycanda multidisiplinar araşdırmaların inkişafına ciddi töhfələr vrrmişdir. Bu əsərlər tariximiz və mədəniyyətimizlə əlaqədar elmi çalışmalarda təbiətlə ilgili asprktlərin tədqiqi üçün ciddi bir təməl yaratmışdır.
Akademik Ramiz Məmmədovun ən önəmli xüsusiyyətlərindən biri də yalnız ciddi elmi fəaliyyət sahələriylə məhdudlaşıb qalmaması, bir ziyalı olarq ölkənin və xalqın həyati məsələlərinin həllində yaxından iştirak etməsidir. Özəlliklə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın problemləri ilə yaxından ilgilənir, bu sahədə fəaliyyət göstərən təşkilatların işində fəal iştirak edirdi. 2000-ci illərin əvvələrindən başlayaraq uzun illər “Körpü” Azərbaycan-Gürcüstan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olaraq önəmli işlər görürdü.
Son üç ildə isə Soydaş İctimai Birliyi Məsləhət Şurasının sədri idi. Bu sahədə fəaliyyyət göstərmək istəyən gəncləri bir yerə toplayır, onlara istiqamət verir, sözün həqiqi anlamında ağsaqqallıq edirdi. “Soydaş” birliyinin bir çox faydalı işlər görməsi, qısa zamanda öz sahəsində ən önəmli ictimai təşkilat olaraq nüfuz qazanması məhz onun müdrikliyinin, istiqamətləndirici rəhbərliyinin nəticəsidir.
Ramiz müəllim elm sahəsində hərtərəfli bir araşdırmaçı, bacarıqlı təşkilatçı olmaqla bərabər, gənc alimlərin yetişməsində böyük əməyi olan usta pedaqoq idi. Ondan geriyə dünyanın önəmli elmi jurnallarında çap edilən məqalələr və kitablar qaldığı kimi, yetişdirdiyi çox sayda alim də onun elmi məktəbini yaşadır ve yaşadacaqdır.
İctimai sahədə isə onun başlatdığı işləri “Soydaş” cəmiyyətindəki vətənpərvərlər davam etdirir.
Ramiz müəllim elmi kəşflərin həyəcanıyla, vətən səvgisiylə və gənclərə qayğıyla dolub-daşan zəngin bir ömür yaşadı. Bu qısa ömründə böyük uğurlara imza atdı, böyük xidmətlər göstərdi. Vətənindən və millətindən aldığını böyük bir səxavətlə onun övladlarına verdi.
Ramiz müəllimi xatırlayanda, onun bir əsərini, şəklini görəndə həmişə Xəzər ağlıma gəlir. Onu çox sevdiyi, ömürünü həsr etdiyi Xəzər dənizinə bənzədirəm. Xəzər kimi böyük, Xəzər kimi zəngin, Xəzər kimi möhtəşəm Akademik Ramiz Məmmədov.
Soydas.az