Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçiriləcək

image

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - o deyib.

Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti