Soydaşlarımıza ödənişsiz hüquqi yardım göstəriləcək

image

“Soydaş” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin və “Arbitrum” Vəkil Bürosunun dəstəyilə soydaşlarımız üçün miqrasiya və digər hüquqi problemlərlərlə bağlı hüquqi yardım göstəriləcək.

Soydas.az xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Kamran Ramazanlı məlumat verib. O qeyd edib ki, Soydaş İctimai Birliyi olaraq iki ildən çoxdur ki, soydaşlarımızın maraqlarını müdafiə edir, onların müxtəlif sahələr üzrə qarşılaşdıqları problemlərin həllinə yardımçı olmağa çalışırıq: “Bizə mütəmadi olaraq Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən soydaşlarımız tərəfindən Miqrasiya Qanunvericilyi, Əmlak məsələləri, Cinayət hüququ, Əmək Qanunvericiliyi və digər hüquqi prosedurlarla bağl çoxsaylı müraciətlər daxil olur. Hər zaman soydaşlarımıın suallarını cavablayır, onlara yardımçı oluruq. Qərara gəldik ki, bu dəfə daha geniş auditoriya üçün eyni anda ödənişsiz hüquqi yardım göstərək”.

K.Ramazanlı bildirib ki, Soydaşlarımızın qanunvericiliyə uyğun olaraq problemlərinin həllinə hüquqi yardım göstərilməsi məqsədi ilə ödənişsiz şəkildə 12 Fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və “Arbitrium” Vəkil Bürosunun dəstəyi ilə tədbir təşkil ediləcək. Maraqlananlar əlaqə saxlaya bilərlər.

 

Soydas.az

Paylaş:

Xəbər lenti