Azərbaycan Gürcüstana 600 minə yaxın dərslik göndərib

image

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2021-2022-ci tədris ili üçün, 600 minə yaxın dərslik və digər metodik vəsait göndərib.

24News.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi bu gün dərs vəsaitlərini ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verəcək. Vəsaitlərə 1-11 ci siniflər üçün ümumilikdə 21 adda 17848 “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodiki vəsaitlər daxildir. Yaxın günlərdə dərs vəsaitləri azərbaycandilli məktəblərə çatdırlacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xüsusi tapşırıqı əsasında, Gürcüstanda yaşayan azərbaycanlılar üçün hər il Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərslik və digər metodik vəsaitlər pulsuz olaraq göndərilir.

Soydas.az

Paylaş:

Xəbər lenti