İslamofobiya anlayışının türklərlə nə əlaqəsi? - Uğurlu Şərifov yazır
İslamofobiya anlayışının türklərlə nə əlaqəsi? - Uğurlu Şərifov yazır
İslamofobiya anlayışının türklərə birbaşa əlaqəsi yoxdur.
İslamofobiya İslam adından qurulan Hizbullah, Əl-Qaidə və s. kimi terror təşkilatları olan ərəblərə, farslara və başqalarına aiddir.
İslamofobiya biri siğə edən, o biri qadınını təpədən dırnağa qara parça ilə örtən ərəbə, farsa aiddir.
İslamofobiya ikili standartlarla yaşayan cahil fanatiklərə, aqressiv radikallara aiddir...
Ərəblərdən fərqli olaraq türklər İslamı dövlət sistemi, farslardan fərqli olaraq əxlaq sistemi səviyyəsinə qaldırmışlar. Türklər Türkistandan Anadoluyadək İslamı “Allahla qorxutmaq” kimi yox, “Allaha yönəlmək” kimi qəbul edərək, təbliğ ediblər. Türk insanı İslamı qorxudan və xurafatdan azad edib, şüurlu inam, yəni şüurla inamın vəhdəti səviyyəsinə qaldırmışdır...
Türklərə qarşı islamofobiya nə qədər absurddursa, bir türk insanının özünü islamafobiya ideoloji trendinin içində hiss etməsi yox, hətta hiss edə bilmə ehtimalı bir o qədər absurddur...
Gürcüstan Baş Naziri İrakli Kobaxidzenin Avropa kontekstində Məhəmməd adı ilə bağlı dediklərini öz maraqlarına uyğun interpretasiya edənlərə bu yanlış düşüncə tərzini və əsassız etiraz haqqını illərboyu fars hakimiyyəti ilə birlikdə bu mövzuda əməkdaşlıq edən Gürcüstan hakimiyyəti özü verib.
Ona görə də, özünü mömin sayan insanlarına iki məsləhətim var. (Bu məsləhəti ayrıca Marneuli möminlərinə də ünvanlamaq olardı)
Birinci, imanlı adam bilir ki, Quranı yandıranlara, Peyğəmbər əleyhissalam haqqında tənqidi fikir söyləyənlərə reaktiv münasibət doğru deyil. Qurani Kərimin əbədiliyinə inanan imanlı şəxslər bilir ki, Quranı heç kim yandıra bilməz, yandırılan yalnız kağız parçasıdı.
Peyğmbərimizi heç kim təhqir edə bilməz, çünki o Allahın qorumasındadır.
İkincisi, el, vətən, millət, din qədri bilənlər süni yaradılan dini intriqalara qoşulub dini şoularda iştirak etmək əvəzinə, bu gün aktual olan və bizim də gündəmə gətirdiyimiz “Gürcüstan azərbaycanlılarına Soydaş Statusu verilsin” müraciətinə münasibət bildirməlidir...
Soydas.az