Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin açılışı olub
Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin açılışı olub
Gürcüstanda soydaşlarımızın yaşadığı daha bir kənddə Təhsil və İnteqrasiya Mərkəzinin açlışı olub.
Soydas.az xəbər verir ki, Marneuli rayonu Sadaxlı kəndində fəaliyyətə başlayan mərkəzin açılışında ziyalılar, müəllimlər və mərkəzdə təhsil alan şagirdlər iştirak ediblər.
Tədbir Gürcustan və Azərbaycan dövlət himinləri ilə başlayıb.
Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitesinin dəstəyi ilə yaradılıb. Mərkəzdə Gürcü və Azərbaycan dili fənləri pulsuz olaraq tədris olunacaq.
Xatırladaq ki, bu il ərzində Arxılı, Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver) və Kvemo Bolnisi (Kəpənəkçi) kəndlərində də belə icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan dili, gürcü dili, ingilis dili və məktəbəqədər hazırlıq kursları tədris olunur.
Soydas.az