Gürcüstan Müstəqillik Gününü qeyd edir
Gürcüstan Müstəqillik Gününü qeyd edir
Mayın 26-da Gürcüstanda Müstəqillik Günü qeyd olunur.
Müstəqilik Gününün 107-ci ildönümü ilə əlaqədar paytaxt Tbilisi ilə yanaşı, ölkənin müxtəlif şəhərlərində də bayram tədbirləri keçirilir.
Bu münasibətlə Tbilisidəki Azadlıq meydanında hərbi texnika nümayiş etdirilib. Həmçinin Tbilisinin Rustaveli prospektində və insanların daha çox toplaşdığı meydanlarda şərab sərgisi təşkil olunub. Qonaqlar idman yarışlarına baxıb, kulinariya məhsulları və uşaq guşələri ilə tanış olublar.
Bayram münasibətilə qala-konsert təşkil olunub.
Bayram tədbirlərində bu ölkədə yaşayan azərbaycanlıların musiqi və rəqs qrupları da çıxış edib.
Xatırladaq ki, 107 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub.
70 illik bolşevik işğalından sonra Gürcüstan öz müstəqilliyini 1991-ci il aprelin 9-da yenidən bərpa edib.
Soydas.az