Gürcüstanın Bakıdakı səfiri geri çağırılır

image

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.

Bununla bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.

Soydas.az

Paylaş:

Xəbər lenti