Akademik Ramiz Məmmədovun 75 illik yubileyi doğulduğu Qardabani rayonunda qeyd edilib

image

Bu gün Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Dövlət mükafatı laureatı, akademik Ramiz Məmmədovun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

Soydas.az xəbər verir ki, tədbirdə çıxış edən Gürcüstanın Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili Ramiz Məmmədovun elmi fəaliyyəti haqqında geniş məlumat verib.

 O qeyd edib ki, akademik coğrafiya elminin əsaslı şəkildə öyrənilməsi və tətbiqi sahəsində bütün həyatı boyu yorulmadan çalışıb və özündən sonra böyük bir irs qoyub gedib.

Tədbirdə çıxış edən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Kamran Ramazanlı tədbir iştirakçılarına İnstitutun baş direktoru v.i.e, c. ü.f.d, dosent Zaur İmraninin salamlarını çatdırıb, tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.

K.Ramazanlı SOYDAŞ İctimai Birliyinin rəhbərliyi adından da tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, akademik Ramiz Məmmədov elm adamı kimi tanınsa da, onun ömrünün böyük bir hissəsi ictimai işlərə həsr olunub, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf etdirilməsinə də xüsusi töhfə verib.

 

Soydas.az

Paylaş:

Xəbər lenti