Şalva Papuaşvili: "Bu gün də Gürcüstanı müharibəyə sürükləyirlər"
Şalva Papuaşvili: "Bu gün də Gürcüstanı müharibəyə sürükləyirlər"
Gürcüstanın işğal olunmuş Abxaziya və Tsxinvali bölgəsindəki münaqişələr nəticəsində itkin düşmüş 2000-ə yaxın hərbçi və mülki şəxs barədə hələ də məlumat yoxdur. Onların ailələrinin gözü hələ də yoldadır.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, itkin düşmüş vətəndaşların axtarışları davam edir. Gürcüstan hökuməti həmin insanlar haqqında məlumat əldə etmək, onların tapılması istiqamətində tədbirləri davam etdirir.
“Təəssüf ki, hələ də bəzi qüvvələr müharibənin ağrı-acısını, necə böyük fəlakətlər gətirdiyini anlamırlar. Yerli radikallar xarici havadarlarının dəstəyi və təkidi ilə bu gün də Gürcüstanı müharibəyə sürükləyirlər. Lakin Gürcüstan hökuməti və gürcü xalqı buna imkan verməyəcək”, – deyə Papuaşvili vurğulayıb.
Soydas.az