Prezident Fuad Nağıyevə niyə şiddətli töhmət verib?
Prezident Fuad Nağıyevə niyə şiddətli töhmət verib?
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Soydas.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bəs Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsinin səbəbi nədir?
İddia olunur ki, onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmalar sızdırılıb.
Lent.az xəbər verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.
Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.
Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.
Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.
Sayt öyrənib ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.
Soydas.az