Sputnikin Azərbaycan nümayəndəliyi ləğv edilib

image

"Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

"Sputnik Azərbaycan" Rusiyanın dövlətə məxsus "Rossiya Seqodnya" agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik, ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.

2025-ci ilin fevral ayında yayılan məlumatlara görə, bu qurumun və ya əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılıb. Bu qərarın, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin qarşılıqlı təmsilçiliyindəki uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə alındığı bildirilir.

Soydas.az

Paylaş:

Xəbər lenti