İlyas İsmayılov vəfat edib
İlyas İsmayılov vəfat edib
Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasına sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
lyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Mərkəzi Klinikadan APA-ya bildirilib ki, xəstə İlyas İsmayılovun vəfat səbəbi multiorqan çatışmazlığı olub.
Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.
Soydas.az