Gürcüstanda QHT-lərin qərar qəbulu proseslərində iştirakı məhdudlaşdırılır
Gürcüstanda QHT-lərin qərar qəbulu proseslərində iştirakı məhdudlaşdırılır
Gürcüstanda qeyri-hökumət təşkilatlarının ictimai qərarların qəbulu prosesində məcburi iştirakını nəzərdə tutan normalar bütün qanunlardan və əsasnamələrdən tamamilə çıxarılacaq.
Soydas.az APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Dövlət qulluqçusunun müvafiq qurumun rəhbərinin razılığı olmadan xarici mənbədən hər hansı imtiyaz alması qadağan ediləcək”,- Mdinaradze əlavə edib.
O, miqrasiya qanunvericiliyinin də sərtləşdiriləcəyini qeyd edib.
Soydas.az