Akademik Ramiz Məmmədovun anım günüdür

image

Bu gün mərhum akademik Ramiz Məmmədovun 75 illik yubileyidir.

Soydas.az xəbər verir ki, Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirib və ADU-nun fizika fakultısinə qəbul olunub. 1972-ci ildə ali təhsilini başa vurub.

1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitunda Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunub.

1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını alıb.

1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl  Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstituna işə qaytarılıb. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.

1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilib.

Ramiz Məmmədov 07 iyun 2021-ci ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Məzarı II Fəxri xiyabandadır.

Allah rəhmət eləsin!

Soydas.az

Paylaş:

Xəbər lenti