Gürcüstanın dövlət naziri azərbaycanlı ictimai fəalla görüşüb

image

"Gürcü arzusu" partiyasının üzvü, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri David Sonqulaşvili Gürcüstanın Saqareco rayonu azərbaycanlılar yaşayan Yor-Muğanlı kənd icmasının fəal üzvü Qəzənfər Məmmədovla görüşüb.

Soydas.az xəbər verir ki, görüşdə dövlət naziri azərbaycanlıların kompakt yaşadığı Yor-Muğanlıda su probleminin, o cümlədən əkin torpaqlarının su probleminin mövcudluğuna diqqəti çəkərək, bildirib ki, əsas hədəflərdən biri də bu ciddi problemin həllinə nail olmaq, yerlərdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir.

Nazir qeyd edib ki, hakim partiya etnik azərbaycanlıların inteqrasiyasında da maraqlıdır, bu istiqamətdə görülən bütün layihələr də hökumət tərəfindən dəstəklənir.

Qəzənfər Məmmədov nazirə səmimi qəbula görə təşəkkür edib, azərbaycanlıların hər zaman Gürcüstan dövlətinin yanında olduğunu, ölkənin ərzaq bolluğu və təhlükəsizliyində onların roluna bir daha diqqət çəkib.

 Qeyd edək ki, David Sonqulaşvili əvvəllər Gürcüstan Parlamentinin Kaxeti bölgəsi üzrə millət vəkili olub və o bu bölgədə olan problemlərlə yaxından tanışdır.

 

Soydas.az

Paylaş:

Xəbər lenti