Tbilisidə etirazçılar yolu bağlamaq istədilər

image

Gürcüstanın paytaxtı Tbilisidə “Tbilisi Mall” ticarət mərkəzində etirazçılar paytaxtdan şimala gedən magistral yolu bağlamağa çalışıblar.

Etirazçılar yolu bağlamağa cəhd etsələr də, polis buna imkan verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmalar da olub.

Hadisə ilə əlaqədar saxlanılanlar və xəsarət alanlar var.

Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib.

 

Soydas.az

Paylaş:

Xəbər lenti