Avropa İttifaqı Gürcüstan rəsmiləri üçün vizasız rejimi çətinləşdirdi
Avropa İttifaqı Gürcüstan rəsmiləri üçün vizasız rejimi çətinləşdirdi
Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejiminin qismən dayandırılması barədə qərar qəbul edib.
Avropa İttifaqının açıqlamasına görə, vizasız gediş-gəliş rejimi aşağıdakı kateqoriyalardan olan vəzifəli şəxslərə şamil olunacaq:
- Aİ ölkəsində hökumətlərarası təşkilatlar tərəfindən keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvləri,
-Gürcüstanın milli və regional hökumət və parlament üzvləri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvləri,
-Diplomatik pasport sahibləri.
Sözügedən şəxslər viza tələblərini yenidən tətbiq edən üzv dövlətə səfərlər üçün artıq qısa müraciət müddəti, aşağı viza rüsumları və daha az sənəd təqdim etmək imkanından faydalana bilməyəcəklər.
Adi pasport sahibi olan Gürcüstan vətəndaşları isə qısamüddətli səfərlər üçün Aİ-yə vizasız səyahət imtiyazından istifadə etməyə davam edəcəklər.
Lakin Macarıstan Avropa İttifaqının bu qərarına əməl etməyəcəyini açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan Gürcüstanla xidməti və diplomatik pasportların vizadan azad edilməsinə dair sazişi dayandırmayacaq. Nazir qeyd edib ki, Gürcüstanın gələcəyi Gürcüstanda həll olunmalıdır və gürcülər özləri öz qərarlarını veriblər. Onların qərarı brüsselin xoşuna gələməyə də bilər.
Soydas.az