"SOCAR Georgia"nın əməkdaşları tətilə çıxdı, şirkət açıqlama verdi
"SOCAR Georgia"nın əməkdaşları tətilə çıxdı, şirkət açıqlama verdi
Batumidə "SOCAR Georgia" şirkətinin 200-ə yaxın əməkdaşı əməkhaqlarının artırılmasını tələbilə tətilə çıxıblar.
Məsələ ilə bağlı "SOCAR Georgia" açıqlama yayıb.
Şirkətdən bildiriblər ki, tarifin müəyyənləşdirilməsi zamanı əməkhaqqı fondu SEMEK tərəfindən təyin olunur və bu tarifin yenidən nəzərdən keçirilməsi hər 5 ildən bir həyata keçirilir. Hazırkı dövr üçün bu müddət 2028-ci ilə təsadüf edir. Lakin bununla belə şirkət bildirir ki, əməkhaqlarının artırılması üçün digər imkanların müzakirə edilməsi məqsədilə məsləhətləşmələr aparılması da planlaşdırılır.
Soydas.az