Maka Boçorişvili bu gün Azərbaycana gəlir
Maka Boçorişvili bu gün Azərbaycana gəlir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərə gəlir.
XİN başçısının bu gün həmkarı Ceyhun Bayramovla görüşəcək.
Boçorişvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti sessiyasında da iştirak edəcək.
Nazir, həmçinin Şəhidlər xiyabanında "Əbədi Məşəl" abidəsini ziyarət edəcək və şəhidlərin xatirəsini ehtiramla yad edəcək.
Soydas.az