Gürcüstan Baş Prokurorluğu seçki saxtakarlıqları ilə bağlı istintaqın ara nəticələrini açıqlayıb

image

Gürcüstanın Baş Prokurorluğu 2024-cü ilin oktyabrında ölkədə keçirilmiş parlament seçkilərində mümkün saxtakarlıq faktları ilə bağlı aparılan istintaqın ara nəticələrini açıqlayıb.

Soydas.az "Report"a istinadla xəbər verir ki, məlumata əsasən, araşdırma çərçivəsində indiyədək 800-ə yaxın istintaq və prosessual tədbir həyata keçirilib.

Qeyd edilib ki, xarici ekspertlərin iştirakı ilə bir sıra istintaq eksperimentləri keçirilib və müvafiq ekspertizalar təyin olunub.

"Məhkəmədə dindirilən şahidlərin əksəriyyəti istintaqa heç bir sübut təqdim edə bilməyib və onların arqumentləri yalnız üçüncü şəxslərdən alınmış dəqiqləşdirilməmiş məlumatlara əsaslanıb. Bəzi şahidlər isə bildirdiblər ki, seçkilərin saxtalaşdırılması ilə bağlı açıqlamaları konkret faktlara deyil, profilaktik tədbirlərə xidmət edib", - məlumatda vurğulanıb.

Bundan əlavə, Baş Prokurorluğun məlumatına görə, cinayət işi üzrə dörd yüzə yaxın fiziki şəxs dindirilib və şahidlərin dindirilməsi prosesi davam edir.

Soydas.az

Paylaş: