Gürcüstanda dövlət bayrağı günüdür
Gürcüstanda dövlət bayrağı günüdür
Bu gün Gürcüstanda dövlət bayrağı günü qeyd olunur. Bu gün 2012-ci ildən etibarən rəsmi şəkildə qeyd olunur.
Gürcüstanın hazırkı bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiqlənib və yanvarın 14-ü rəsmən Dövlət Bayrağı Günü elan olunub.
Bayraq Gününü Gürcüstanda yaşayan azərbaycanlılar da qeyd edirlər.
Qeyd edək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cü ildə isə ölkə bayrağı dəyişdirilib.
Soydas.az