Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib
Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib
Gürcüstanın Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı Gürcüstanda yanvarın 9-da matəm günü elan edilib.
Soydas.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərncam imzalayıb.
Xatırladaq ki, yanğın nəticəsində kənddəki taxta ev tamamilə yanıb və beş azyaşlı uşaq həyatını itirib. Sabah həm də, həlak olan uşaqların dəfn mərasimi keçiriləcək.
Matəm günü ilə əlaqədar ölkədə bəzi tədbirlər də təxirə salınıb.
Soydas.az