ATƏT PA-nın sədrinin Gürcüstana səfəri təxirə salındı
ATƏT PA-nın sədrinin Gürcüstana səfəri təxirə salındı
ATƏT PA-nın sədri Pia Kauma sosial şəbəkə hesabında etdiyi paylaşımında Gürcüstana səfərini təxirə saldığını açıqlayıb.
O qeyd edib ki, Gürcüstana səfərin daha effektiv olacağı vaxta qədər bu səfər təxirə salınır.
ABŞ-nin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson da Pia Kaumanı Gürcüstana səfər etməməyə çağıraraq, bildirmişdi ki, Gürcüstan rəsmiləri bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcək.
Xatırladaq ki, Pia Kaumanın rəhbərlik etdiyi ATƏT nümayəndə heyətinin Gürcüstana səfəri bu həftə gözlənilirdi.
Soydas.az