Kazan aeroportu da uçuşları dayandırıb
Kazan aeroportu da uçuşları dayandırıb
Kazan hava limanı Moskva vaxtı ilə saat 06:00-dan etibarən uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako bildirib ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və yola salmır. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, - Korenyako vurğulayıb.
Soydas.az