Gürcüstan parlamentariləri Azərbaycana gəlir

image

Gələn həftə Gürcüstan parlamentinin üzvləri Azərbaycana səfər edəcək.

Bu barədə "Report"un Gürcüstan bürosuna parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:

"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir".

Soydas.az

Paylaş:

Xəbər lenti