TDT-nin qeyri-rəsmi sammiti 2025-ci ildə Budapeştdə keçirilə bilər
TDT-nin qeyri-rəsmi sammiti 2025-ci ildə Budapeştdə keçirilə bilər
Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin 2025-ci ildə Budapeştdə keçirilməsini dəstəkləyir.
Bunu Prezident Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.
"Biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və çox şadıq ki, qeyri-rəsmi Budapeşt sammiti TDT-yə sədrliymiz çərçivəsində keçiriləcək. Öz növbəmizdə, sədrlik edən tərəf kimi bu sammitin uğurla keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq", - S.Japarov qeyd edib.
V.Orban noyabrın 5-6-da Qırğızıstanda rəsmi səfərdədir. O, həmçinin Bişkekdə TDT-nin sammitində iştirak edəcək.
Soydas.az