“Maarif” təşkilatının sədri Ələddin Qarabağlı vəfat edib

image

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnalı və qəzetinin baş redaktoru Ələddin Qarabağlı vəfat edib.

Soydas.az xəbər verir ki, Ələddin Qarabağlı oktyabrın 9-da öz ofisində qaz sızması nəticəsində baş verən güclü partlayışda ağır yanıq xəsarətləri almışdı.

 Bir neçə gündür ciddi yanıq xəsarətlərilə xəstəxanada müalicə alan baş redaktorun həyatını xilas etmək mümkün olmayıb.

Soydaş İctimai Birliyi və soydas.az xəbər saytı mərhumun ailə üzvlərinə dərin hüzünlə başsağlığı verir, Tanrıdan rəhmət diləyir!

Soydas.az

Paylaş:

Xəbər lenti