ABŞ Gürcüstandakı vətəndaşlarına xəbərdarlıq edib

image

ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində öz vətəndaşlarına xəbərdarlıq edib.

ABŞ səfirliyi öz vətəndaşlarına müraciət edərək, bildirib ki, 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı və diqqətli olmaq lazımdır.

Məktubda daha sonra qeyd olunub ki, oktyabrın 26-da kortəbii nümayişlər baş verə bilər və ona görə də ayıq-sayıq olmaq, insanların gur olduğu yerlərə getməkdən çəkinmək lazımdır.

Soydas.az

Paylaş:

Xəbər lenti