“Soydaş” İctimai Birliyinin 5 illik yubileyidir

image

Sentyabrın 28-də “Soydaş” İctimai Birliyinin yaranmasından 5 il ötür. Ötən bu 5 il ərzində Azərbaycan-Gürcüstan əlaqələrin inkişafında xüsusi rol oynayan təşkilat, hər iki ölkədə dövlət və hökumət qurumlarının da iştirakı ilə bir sıra ortaq layihələr həyata keçirib.

Əsas məqsədi Azərbaycandan kənarda yaşayan soydaşlarımızın sosial, mədəni və təhsil sahəsində inkişafına dəstək olmaqdan, milli dəyərlərimizin inkişafına töhfə verməkdən ibarət olan təşkilat bu məqsədlə onlarla tədbir və görüşlər keçirib. 

Birliyinin sədri Kamran Ramazanlı soydas.az-a bildirib ki, təşkilat yarananda əsasən qarşımıza məqsəd qoymuşduq ki, ilk növbədə xarici ölkələrdə yaşayan soydaşlarımızın problemlərini dərindən öyrənib, bu problemləri ictimailəşdirməklə onların həllinə nail olaq:

“Bu gün Azərbaycandan kənarda aborigen soydaşlarımız Cənubi Azərbaycanda, Dərbənddə və Borçalıda yaşayırlar. Bu soydaşlarımızla işləyən bir sıra qurumlar da var. Bizim təşkilat da milli maraqları müdafiə edən bir təşkilat kimi onlarla əlaqə saxlayıb, problemlərinin həlli istiqamətində addımlar atmaq, bu qurumların da işlərinə faydalı olmağı əsas hədəf kimi götürüb. Demək olar ki, bu istiqamətdə fəaliyyətimiz davam etdirilir. Xüsusilə, təşkilatımız Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı üçün, orada yaşayan soydaşlarımızın problemləri ilə bağlı çox həssas yanaşır, fəaliyyətimizin böyük hissəsi bu istiqamətdədir. Ona görə də, hər iki ölkənin bu istiqamətdə fəaliyyət göstərən qurumları təşkilatımızla əməkdaşlıqda maraqlıdırlar. İnanıram ki, qarşılıqlı ehtimat şəraitində qurduğumuz bu münasibətlər soydaşlarımızın problemlərinin həllində böyük rol oynayacaq”.

 

Soydas.az

Paylaş:

Xəbər lenti