Azərbaycan səfiri Bolnisidə şəhid ailəsini ziyarət edib

image

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu gün Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndindən olan şəhid, Azərbaycan ordusunun zabiti Sahib Daşdəmirovun ailəsini ziyarət edib.

Səfir şəhidin ailəsinə bir daha başsağlığı verib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstan azərbaycanlılarının rolunu xüsusi qeyd edən səfir, bildirib ki, təkcə Qarabağ müharibəsi zamanı 23 soydaşımız şəhidlik zirvəsinə yüksəlib.

Faiq Quliyev Azərbaycan Prezidentinin tapşırığına əsasən şəhid ailələrinə böyük diqqət göstərildiyini bildirərək, qeyd edib ki, Gürcüstandan olan şəhidlərimizin ailələri də bu qayğı ilə əhatə olunub.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və səfirliyə minnətdarlığını bildiriblər.

Azərbaycan səfiri ilə görüşdə soydaşlarımız bildirib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı misilsiz qələbə Gürcüstan azərbaycanlılarının da əsl qürur yeri olub. Onlar inandıqlarını bildiriblər ki, bu qələbə regionda əminamanlığa, sülh və sabitliyin davamlı olacağına bir təminatdır.

Soydas.az

Paylaş:

Xəbər lenti