Türk dünyasının ortaq əlifbası 34 hərfdən ibarət olacaq

image

Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumunun təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixlərində Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası başa çatıb.

İclasın əsas məqsədi bu sahədə əldə olunan biliklərdən və Komissiyanın ikiillik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması olub.

Görüş zamanı ilk dəfə 1991-ci ildə irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli nəzərdən keçirilib. Komissiya bu əlifba layihəsində təkmilləşdirilməsi vacib olan məsələlərlə bağlı ətraflı müzakirələr aparıb, lazımi qərarlar verib.

Nəticədə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir. Qeyd olunur ki, artıq hərflərdən 14-ü qəbul olunub.

Beynəlxalq Türk Akademiyası və Türk Dili Qurumu bu prosesdə töhfələrinə görə türk dövlətlərinin hökumətlərinə və Komissiya üzvlərinə minnətdarlıqlarını bildirirlər.

Soydas.az

Paylaş:

Xəbər lenti