Ukraynaya verilən F-16-lardan biri qəzaya uğrayıb

image

Ötən gün Ukraynaya verilən F-16-lardan biri qəzaya uğrayıb. Rəsmi açıqlamada qəzanın səbəbi haqda məlumat verilməyib.

CNN kanalına açıqlama verən Ukrayna ordusunun adı açıqlanmayan nümayəndəsi bildirib ki, Ukrayna tərəfi qəzanın səbəbinin pilotun səhvi olduğunu düşünmür.

Hərbçi qeyd edib ki, qəzanın səbəbi araşdırılır və bu araşdırmaya beynəlxalq ekspertlər də dəvət olunacaq.

Təyyarənin pilotunun Aleksey Mes olduğu məlum olub. O, F-16-nı idarə etmək üçün təlim keçmiş azsaylı ukraynalı pilotlardan biri olub.

 

Soydas.az

Paylaş: