Azərbaycanda ömürlük cəza almış 4 nəfər Gürcüstan vətəndaşı var

image

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda keçirilən seminarda Azərbaycanda ömürlük həbs cəzasına məhkum olunmuş əcnəbilərdən də danışıb. 

Şöbə rəisi bildirib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya və Ukrayna vətəndaşları var. Bunların içərisində 14 nəfər ömürlük cəzaya məhkum olunanlardır.

"Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşlarıdır".

 

Soydas.az

Paylaş:

Xəbər lenti