Növbəti susdurulan İlon Mask olacaq?
Növbəti susdurulan İlon Mask olacaq?
İtaliya baş nazirinin müavini Matteo Salvini “Telegram” messencerinin qurucusu Pavel Durovun Fransada saxlanılmasını tənqid edib və oxşar vəziyyətlə üzləşəcək növbəti şəxsin “X”in sahibi İlon Mask olacağı ehtimalı ilə çıxış edib.
Salvini bu barədə “Facebook” səhifəsində yazıb.
“Avropada biz artıq senzuraya çatmışıq. Bundan sonra kim susdurulacaq? Böyük İlon Musk?”, - siyasətçi qeyd edib.
Soydas.az