Azərbaycan səfirliyinin dəstəklədiyi "Era Teatrı" yeni ofisə köçüb
Azərbaycan səfirliyinin dəstəklədiyi "Era Teatrı" yeni ofisə köçüb
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən müstəqil "Era Teatrı" yeni ofisi ilə bağlı təqdimat keçirib.
Soydas.az xəbər verir ki, teatrın bədii rəhbər Anar Rafiqoğlu yeni ofisdə qonaqları salamlayıb və teatrın keçdiyi yola nəzər salıb, görüləcək yeni işlərlə bağlı məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gürcüstandaki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Era Teatrı”nın fəaliyyətini müsbət qiymətləndirib, belə teatrların xalqımızın mədəniyyətinin təbliğində rolunu xüsusi vurğulayıb. Diplomat Azərbaycan Respublikasını təmsilən belə mədəniyyət ocaqlarına dəstəyin verilməsini özünün və səfirliyin əsas vəzifələrindən hesab edib.
Tədbirdə teatrın əməkdaşları Süleyman Selman Canbol, İdris Elnuroğlu və Elnur Vəlizadə çıxış edərək, teatrın qarşıya qoyduğu əsas hədəfləri açıqlayıb, gələcək planlarından danışıblar.
Tədbirdə İctimai Televizyanın əməkdaşı Səid Babazadənin müəllifi olduğu, “Era Teatrı”nın fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş olunub.
Qeyd edək ki, “Era Teatrı”nın yeni ofisinin maliyyə xərclərini Azərbaycanın Gürcüstandakı Səfirliyi öz üzərinə götürüb.
Soydas.az