ABŞ da Gürcüstana yardım proqramını dayandırıb

image

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana nəzərdə tutulan yardım proqramını dayandırıb.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken deyib.

O qeyd edib ki, "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq nəzərdən keçirilir: "Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”, - deyə Blinken vurğulayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti