ABŞ Gürcüstandan liman tikintisini dayandırmağı niyə tələb edir?

image

  ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Senatda çıxışı zamanı bildirib ki,  ABŞ Gürcüstandan Qara dənizdə Çinlə birgə liman tikintisinin dayandırılmasını tələb edir.

Ceyms O'Brayen qeyd edib ki, Gürcüstan hökumətinə aydın olmalıdır ki, geriyə bir yol var: "Çinin Anakliyada dərin su limanı tikməsinə mane olmaq. O addımlar bu gün Gürcüstan üçün həqiqətən, vacibdir".

Əvvəllər Amerikanın “Conti International” MMC bu limanın tikintisi üçün 400 milyon dollar cəlb etmək öhdəliyini yerinə yetirə bilmədiyinə görə Gürcüstan hakimiyyəti onun üzvü olduğu konsorsiumla müqaviləni ləğv edib.

Soydas.az

Paylaş: