Gürcüstana 4 illik hərbi yardımı dayandırıb
Gürcüstana 4 illik hərbi yardımı dayandırıb
Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.
Gürcüstan KİV-lərinin verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib. O, qeyd edib ki, bu vəziyyət ümumilikdə Gürcüstanın nüfuzuna xələl gətirir.
Danimarka hökuməti Gürcüstanı Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırıb.
Danimarka Gürcüstana ötən ildən hərbi yardım göstərməyə başlayıb, bu yardım 10 milyon dollardan artıq olub.
Soydas.az