Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesi dayandırılıb
Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesi dayandırılıb
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb.
Səfir qeyd edib ki, buna əsas səbəb "Xarici təsirin şəffaflığı haqqında” Qanunun qəbul olunmasıdır:
"Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”
Soydas.az