Gürcüstanda 38 deputat məhkəmədə iddia qaldırıb

image

Gürcüstanın 38 müxalifət deputatı "Xarici agentlər haqqında" qanuna qarşı Gürcüstan Konstitusiya Məhkəməsində iddia qaldırıb.

Müxalifət qanunun qüvvəsinin payızda keçiriləcək parlament seçkilərinə qədər dayandırılmasını tələb edir.

Deputatlar iddia edir ki, xaricdən maliyyələşmənin şəffaflığı barədə qanun ölkədə ciddi fəsadlar törədəcək.

Onlar eyni zamanda, qəbul olunan bu qanunun Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasını nəzərdə tutan konstitusiyanın 78-ci maddəsilə ziddiyyət təşkil etdiyini bildiriblər.

Soydas.az

Paylaş:

Xəbər lenti