Gürcüstanda yaşayan şair Dünyamalı Kərəm 104 yaşında vəfat edib

image

Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndində yaşayan yaşlı soydaşımız, şair Dünyamalı Kərəm 104 yaşında dünyasını dəyişib.

Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Daha sonra öz doğma elinə qayıdıb və əmək fəaliyyətinə məktəbdə müəllim olaraq davam edib. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib olaraq işləyib.

Dünyamalı Kərəm Gürcüstan əbəbi ictimayyəti arasında da sevilən şair olub, onun müxtəlif illərdə 7 şeirlər kitabı nəşr olunub, məqalələrlə vaxtaşırı mətbuatda publisistik yazılar ilə də çıxış edib. 

Yaradıcılıq fəaliyyətinə görə Gürcüstan SSR-nin “Əməkdar jurnalisti” fəxri adına və Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. 

 

Soydas.az

Paylaş:

Xəbər lenti