Tbilisidə Arif Əliyevin xatirəsi anılıb
Tbilisidə Arif Əliyevin xatirəsi anılıb
Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət muzeyində Arif Əliyevin 65 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə ziyalılar, gənclər və QHT rəhbərləri iştirak edib.
Mərkəzinin icraçı direktoru Rezo Həsənov tədbiri açaraq, mərhum Arif Əliyevin, eyni zamanda Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əzi xatirəsini bir dəqiqəlik sükütla yad edib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia ” şirkətinin baş direktoru Mahir Məmmədov, Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı, professor Mahmud Kamaloğlu, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, GAK sədri Hüseyn Yusubov, sabiq deputat Ramiz Bəkirov, fiologiya üzrə fəlsəfə doktoru Məmmədəli Babaşov, sabiq deputat Ruslan Hacıyev sinif yoldaşı Kamal Qurbanov, yaxın qohumu Söhbəddin Məmmədov, jurnalist Nizami Məmmədzadə və digərləri çıxış edərək Arif Əliyev haqqında öz xatirələrini bölüşüblər.
Sonda Arif Əliyevin bacısı Fatma Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Arif Əliyev 1959-cu il iyul ayının 25-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. “Gürcüstan Neft və Qazçıxarma” idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyində əmək fəaliyyətini davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönlümlü çoxsaylı layihələr həyata keçirilib. Arif Əliyev ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.
Soydas.az