Gürcüstanda internetin qiyməti ucuzlaşacaq?
Gürcüstanda internetin qiyməti ucuzlaşacaq?
Gürcüstanın genişzolaqlı şəbəkələrinin 2020-2025-ci illər üçün milli strategiyası və onun həyata keçirilməsi üzrə tədbirlər planında dəyişikliklər edilib.
Strategiyaya qeyd əlavə edilib ki, Gürcüstan Birləşmiş Millətlər Təşkilatının Genişzolaqlı Komissiyasının məqsədlərini nəzərə almalıdır ki, bu da adambaşına ilkin 30 Mb/s internet sürətinin qiymətinin aylıq milli sürətin 2%-dən aşağı salınmasını nəzərdə tutur.
Saxstat məlumatlarına görə, 2023-cü ildə adambaşına düşən ümumi milli gəlir 20162 lari (ayda təxminən 1680 lari) təşkil edib. Belə çıxır ki, strategiyaya görə, Gürcüstanın məqsədi 30 Mb/s internetin qiymətini 33,6 laridən aşağı etməkdir.
Gürcüstanda fəaliyyət göstərən şirkətlərin qiymətlərinə gəlincə, “Magticom”un ilkin internet sürəti 50 MB/s, Tbilisidə qiyməti isə 37 lariyə bərabərdir. “Silknet”də ilkin sürət 45 MB/s, qiyməti isə 35 lari təşkil edir. /Regionpress.ge/
Soydas.az