Gürcüstanda Azərbaycandilli müəllimlər imtahanları öz ana dilində verə biləcəklər
Gürcüstanda Azərbaycandilli müəllimlər imtahanları öz ana dilində verə biləcəklər
2025-ci ildə etnik azlıqların müəllimləri, həmçinin ibtidai sinif imtahanlarını Azərbaycan və erməni dillərində verə biləcəklər.
Soydas.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Təhsil, Elm və Gənclər Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib ki, etnik azlıqların müəllimləri üçün ana dilindən imtahanın təşkili üzərində işlər davam etdirilir:
“Bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. Planımız 2025-ci ildə etnik azlıqların müəllimlərinin erməni və Azərbaycan dillərində kombinləşdirilmiş və xüsusi müəllim imtahanlarından keçmələrini təmin etməkdir”.
Soydas.az