İvanişviliyə qarşı terror aktını kimlər törətmək istəyib?

image

Gürcüstanın “İmedi” telekanalının yaydığı məlumata görə, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və siyasi təşkilatın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.

Telekanal əlavə olaraq bildirib ki, məhkəmə artıq bir neçə gündür Ukraynada döyüşmüş muzdlulardan ibarət bəzi şəxsləri dindirir. 

Soydas.az

Paylaş:

Xəbər lenti