Gürcüstanda yenidən zəlzələ olub

image

Bu gün yerli vaxtla saat 12:08-də Gürcüstanda yenidən zəlzələ olub.  Qeydə alınan yeraltı təkanların maqnitudası 4.9-a bərabər olub.

 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzdən bildiriblər ki, zəlzələ Azərbaycanın sərhəd rayonları olan Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy rayonlarında da hiss olunub.

Soydas.az

Paylaş:

Xəbər lenti