Gürcüstanın Qardabani şəhərində uşaqlarla görüş keçirilib

image

Gürcüstanın Qardabani şəhərində fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə uşaqlarla görüş keçirilib. Görüş “Parlaq Gələcək” Gənclər Mərkəzi və “SİMART” Sağlam İnkişaf Platformasının birgə təşkil etdikləri “Nağıl gecələri” adlı layihə çərçivəsində baş tutub.

Bildirilib ki, “SİMART” Sağlam İnkişaf Platforması uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələr, animasiyalar, milli nağıllar, kitab və bələdçilər, valideynlər üçün inkişaf proqramları təklif edir.

Qardabanidə təşkil olunana görüşün məqsədi uşaqların fikirlərini dinləmək, onların xəyal dünyası, fantaziyaları ilə tanış olmaq və bunların əsasında uşaqlar üçün yeni animasiyalar, nağıllar və hekayələrdən ibarət kitablar hazırlamaqdır.

Sonra uşaqlar “SİMART” Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan birini izləyiblər. Uşaqlar izlədikləri animasiya ilə bağlı əyləncəli və maraqlı fikirlər söyləyiblər.

Tədbir onların yaradıcılıqlarını və düşüncə qabiliyyətini inkişaf etdirmələri üçün geniş imkanlar yaradıb.

Görüşün sonunda uşaqlara “SİMART” Sağlam İnkişaf Platformasının layihəsi əsasında hazırlanmış “İçərişəhərin sirli sakini” kitabı hədiyyə olunub.

Qeyd olunub ki, “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Sağlam İnkişaf Platforması bu kimi tədbirləri Gürcüstanın azərbaycanlılar yaşayan digər şəhər və rayonlarda da keçirməyi planlaşdırır. /AZƏRTAC/

Soydas.az

Paylaş:

Xəbər lenti