Gürcüstanın yeni Baş prokuroru seçilib

image

Gürcüstan Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında ölkənin yeni Baş prokuroru seçilib.

80 deputatın lehinə səs verdiyi Giorgi Qabitaşvili ölkənin yeni Baş prokuroru vəzifəsinə seçilib. Xatırladaq ki, müxalif deputatların boykot etdiyi bu səsvermədə, seçkinin əleyhinə səs qeydə alınmayıb.

Gürcüstanda Baş prokuror vəzifəsi İrakli Şotadzenin may ayında səhhəti ilə əlaqədar istefa verməsindən sonra boş qalmışdı.

Bu gün yeni seçilən G.Qabitaşvili isə 2013-cü ildən baş prokurorun müavini vəzifəsini tutub. O, 20 ilə yaxındır ki, Gürcüstanın Baş Prokurorluğunda çalışıb.

 

Soydas.az

Paylaş:

Xəbər lenti