Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub
AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Gürcüstan-Azərbaycan sərhədində yerli vaxtla saat 06:09-də 4.8 maqnitudada zəlzələ olub.
Yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Soydas.az